MENÜ ☰
Çocuk ve Genç » Hikaye, Manşet, Yazarlar » Yetim Qalmış Oyuncaqlar
Doç.Dr. Fidan Abdurahmanova
Doç.Dr. Fidan Abdurahmanova
Tüm yazıları için tıklayınız.
Yetim Qalmış Oyuncaqlar

Oktyabr ayının 16-dan – 17-nə keçən gecə… Gəncə şəhəri… Gecə saat 00:45. Uğultulu bir partlayış səsi ilə tozanaq qalxır, göz-gözü görmür. Analar dizlərinə döyərək haray çəkir, atalar dəli kimi əlləri ilə dağılmış viran olmuş evlərinin uçuqları arasında övladlarını axtarır. O gecə cox körpənin həyatı üçün son oldu. Şirin yuxuya gedən bir körpə, axı hardan bilərdi sabahı qaralacaq. Yatdığı bu ana qucagı son mənzili olacaq. Onlar sülh qərarının ilk gecəsinin qurbanı oldu. Qaranlıqda qorxu içində ağrı hiss edən bir uşaq ağlayır. Dağıntılar arasında qalan Xədicə’nin fəriştə vücudu yaşamaq uğrunda mübarizə aparırdı.

Valideynlərinin bir yaşlı bacısı ilə məşğul olduğunu görən balaca Xədicə, çay şüşəsinin arxasınca gedir və həmin otaqda yuxulayır. Həyat bir az əvvəldən onların taleyini ayırıbmış. Xədicə’ni yaşatmaq üçün… Mənfur düşmən gülləsi körpə balalarına şirin layla deyən valideynlərini və bir yaşlı bacısını hədəf aldı. Bacısı anası ilə bir tabutda gömüldü. Xədicə isə ana qucağına bir ömürlük həsrət qaldı… Bu gecə üç yaşlı bir uşaq, ailəsini itirdi. O, dövlət tərəfindən nəzarətə, həkimlər tərəfindən müalicəyə götürüldü.

Bir neçə gündən sonra sağalaraq evlərini, ailəsini istədi. Yanından heç ayrılmayan xalası göz yaşları içində onu necə sakitləşdirəcəyini düşünürdü. Dağılan evini körpə uşağa necə göstərsin axı? Xədicə elə hey ağlayırdı. Gah anasını gah da atasını çağırırdı. Gözü yollarda idi. Balaca əlini qapıya uzadaraq, evə, valideynlərinin yanına getmək istədiyini bildirirdi. Xədicə yalnız öz çay şüşəsi ilə yuxuya gedirdi. Bu çay şüşüəsi ona doğma yeganə əşya idi, dağıntılar altında qalarkən hər ağlayanda çay şüşəsini ağzına yaxınlaşdırır, kiriyirmiş. Bir neçə həftə keçdi, xalası Xədicə’ni öz bağçasına aparırdı. Bağça onların evlərinin yaxınlığında yerləşirdi. Xədicə, xalasının əlini buraxıb dəli kimi evlərinə dağılmış xarabalıqlara tərəf qaçdı. Sevinc içində dönüb xalasına və oraya toplanan insanlara baxdı.

Erməni vəhşiliyi minlərlə Xədicə’ni ailəsiz, yaxud da yetim qoyub,  gələcəyini şikəst edib. Onlar yalnız yatmış köməksiz vəziyyətdə olan uşaqlarla mübarizə aparmağı bacarır, “Xocalı Faciəsi”ndə olduğu kimi.

Bir qrup məktəbli yiyəsiz qalmış oyuncaqların sıra ilə düzüldüyü  yerə  gül qoyurdu. Onlar Xədicə’ni qorumaq məqsədi ilə uzaqlaşdırmaq istədilər. Bura həm tozlu, həm də daş kəsəkli idi. Xədicə isə çox xoşbəxt idi. Xalası onun əlindən tutaraq, istədiyi yerə doğru apardı. O, məktəblilərin gül qoyduğu oyuncaqlardan birini götürdü. Bu onun və bacısının ən sevimli oyuncağı idi. O, yağışın altında qalmış və hələdə evlərinin qoxusunu daşıyan oyuncağı ən əziz varlığı kimi möhkəm qucaqladı. Xədicə yetim qalmış oyuncağına sanki öz doğması kimi sahib çıxdı. Xədicə bütün uşaqlar kimi, dünyada ən qiymətli varlığını ailəsini vətən üçün şəhid verdi.

Adətən analar öz övladlarını vətən torpağı uğrunda fəda edir. Gəncə şəhərində baş vermiş Erməni terrorü gecəsində bu ağır yük körpələrin zərif çiyinlərinə, uşaqlıq həyatına qismət oldu. Onların uşaqlığına uğaqlığını itirmək, böyüməmiş böyüklük nəsib oldu. Və bu gecədən Xədicə’nin ailəsi bütöv Azərbaycan oldu. 

📆 17 Ekim 2021 Pazar 13:27   ·   💬 0 yorum   ·  
Folklor Akademi Dergisi

YAZARLAR

Ali HAKKOYMAZ
11 Temmuz 2021 Pazar
Tahir KAHHAR
19 Temmuz 2021 Pazartesi
Mehmet Akpınar
14 Mart 2021 Pazar

SÖYLEŞİ

ANKET

Sitemizi nasıl buldunuz?

Sonuçları görüntüle

Yükleniyor ... Yükleniyor ...