Ata, işdən yorğun-arğın evə gec gəlmişdi..
Uşaq: Ata, bir şey soruşa bilərəm mi?
Ata: Bəli..
Uşaq: Ata bir saatda nə qədər pul qazanırsan?
Ata: Bu sənin işin deyil..
Uşaq: Atacan xaiş, bilmək istəyirəm..
Ata: Əgər bilmək istəyirsənsə 20 manat..
Uşaq: Yaxşı mənə 10 manat verəbilərsən?
Ata: Mənim sənin oyuncaqlarına ayıracaq pulum yox.
Dərhal otağına get və qapını bağla..
Uşaq səssizcə otağına çıxıb qapını bağladı.
Adam əsəbi halda “Bu uşaq necə belə şeylərə cəsarət edir.”
deyə düşündü. Aradan bir saat keçdikdən sonra adam bir az
daha sakitləşdi və uşağa pulu niyə istədiyini belə soruşmadığını
düşündü, “Bəlkə də həqiqətən lazım idi”…
Yuxarı uşağının otağına çıxdı və qapını açdı…
Yatağında olan uşağa, “Yatırsan mı” deyə soruşdu. Uşaq “Xeyr”
deyə cavab verdi…
“Al bu da istədiyin 10 manat. Sənə az əvvəl sərt davrandığım
üçün bağışla. Amma uzun və yorucu bir gün keçirdim” dedi…
Uşaq sevinclə qışqırdı, “Təşəkkürlər atacan”… Dərhal yastığının
altından digər əzik-üzük pulları çıxardı. Adamın sifətinə baxdı və
yavaşca pulları saydı.
Bunu görən adam çox əsəbləşərək, “Pulun olduğu halda niyə
məndən pul istəyirsən? Mənim, sənin uşaq oyunlarına
ayıracaq vaxtım yoxdu” deyə əsəbləşdi…
Uşaq “Pulum vardı amma kifayət qədər yox idi” dedi və üzündə
kiçik bir təbəssümlə pulları atasına uzatdı; “Bu da 20
manat. ..”Senin bir saatını alabilərəmmi? Sabah 1 saat tez gələbilərsənmi? Səninlə axşam yeməyini birlikdə yemək istəyirəm.” dedi…
Ata oğlunu qucaqlayaraq ağlamağa başladı.
Bəzi şeylər çox dəyərlidir…