Arif üçüncü sinifdə oxuyurdu. Sinifdə heç kimlə dostluq etmirdi. Hamıya lağ edirdi, uşaqları incidirdi. Məsələn, Səbinə’nin saçı qıvrım, qarayanız qız idi. Afir həmişə o sinifə daxil olan kimi:
– Qara qıza yol verin görək! – deyib gülürdü.
– Mən qara olsam da səndən ağıllıyam. – deyə Səbinə ona acıqlanardı.
Sonra o Rəsul’a sataşardı. Rəsul’un boyu balaca idi. Akif də ona “balaca boy” oğlan deyib çağıradı. Hə, bir də sinif də Telman vardı. O da dostlarının hamısından uzun idi. Arif onun da yanından sakit keçmirdi.
– Upuzun oğlanımız var sinifdə, yekə ayaq oğlanımız var sinifdə.
Bir gün müəllimə sinifə təzə bir uşaq gətirdi. Onun adı Nərmin idi. Amma Nərmin sinif yoldaşlarından fərqli idi. O heç kimə yaxınlaşa bilmirdi. Uşaqlar onunla dostluq etmək istəsələr də belə Nərmin onları dindirməzdi. Bir gün Arif Nərmin’ə də sataşmaq qərarına gəlir. Ona görə də Nərmin sinifə daxil olan kimi dedi:
– Yol verin, görün kim gəlir. Nərmin xanım, – əli ilə qarşıdakı partanı göstərdi.
Nərmin buna çox pis oldu. Sakitcə, qısılmış halda keçib partada oturdu. Bir neçə gün keçdi. Arif hər gün Nərmin’i incidir, onun hər addımını lağa qoyurdu. Bu gün hava çox yağışlı idi. Arif səhər məktəbə gələndə məktəbin qabağında palçığa yıxıldı. Hamı Arif’ə güldü. Onun üzü – gözü bütün palçıq idi, hətta çantası da batmışdı. Arif’in sinif yoldaşlarından heç kim ona kömək etmədi. O dostlarında dəsmal istədikcə uşaqlar ona güldü. Arif’i ağlamaq tutdu. O sinifə bir küncə keçib oturdu.
– Al bunu, əlini üzünü sil. – Nərmin’in səsi Arif’i çaşdırdı. Axı o heç Nərmin’ə yaxşı sinif yoldaşı olmamışdı. Bəs niyə Nərmin ona kömək etdi.
Nərmin axıra qədər Arif’ə kömək etdi. O paltarını, çantasını da təmizlədi. Axırda Nərmin’ə təşəkkür edib yerində oturdu. Dərs boyu Arif düşündü. “görəsən Nərmin niyə mənə kömək etdi?” Dərsdən sonra Nərmin, Arif’ə yaxınlaşdı və dedi:
– Mən bilirəm ki, sənə niyə kömək etdiyimi düşünürsən.
– Hə, düz deyirsən. – Arif etiraf etdi.
– Nənəm həmişə deyirdi ki, pisliyə yaxşılıqla cavab versən o adam öz pisliyindən əl çəkər. Mən indi əminəm ki, sən yaxşı bir sinif yoldaşı olacaqsan.
Bu sözlər Arif’ə yaman təsir etdi. O bütün dostlarına söz verdi ki, bir daha heç kimi incitməyəcək, heç kimə lağ eyləməyəcək. Bu gündən sonra bütün sinif yoldaşları, hətta o biri sinifin uşaqları Arif’lə dost olmağa başlayıblar.