Dostlar, qədim Gəncəmiz,
Gəncləşir gündən-günə.
Neçə-neçə gözəllik,
Bəzək olur köksünə.
Nəhəng-nəhəng binalar,
Düzülür cərgə-cərgə.
Çinarlar küçələrə
Salır çadırtək kölgə…
Qabaqdadır, qabaqda,
– Gəncənin neçə yazı.
Qabaqdadır, – qabaqda,
Hələ çox-çox murazı –
Bu arzuyla, murazla,
Dünya nurla dolacaq.
Bir zaman Gəncəmizdə
Gəncə gölü olacaq…
Bu gölün sahilində,
Uşaq-böyük güləcək.
Bu gölün görüşünə,
Bütün dünya gələcək…