MENÜ ☰
Çocuk ve Genç » Manşet, Şiir, Yazarlar » Denizde Boğulan Suriyeli Körpeye/GÜLNARE SADIG
Gülnare SADIG
Denizde Boğulan Suriyeli Körpeye/GÜLNARE SADIG


Sən mənə dərdini demə havayı,
Özüm sənin boyda dərd içindəyəm.
Sularda qərq olan məzlum harayı,
Mən onun boş qalan beşiyindəyəm.

Beşik, od içində, daş içindədi,
Ölüm gözdən qaçan qaş içindədi,
Dünya göydən axan yaş içindədi,
Mən onun boş qalan beşiyindəyəm.

Sən onun ruhunu duydun mu, dəniz?!
Onu ürəyinə qoydun mu, dəniz?!
Yoxsa, bu dünyaya uydun mu, dəniz?!
Mən körpə ruhunun keşiyindəyəm,
Mən onun boş qalan beşiyindəyəm.

📆 08 Eylül 2015 Salı 08:08   ·   💬 0 yorum   ·