MENÜ ☰
Çocuk ve Genç » Alt Manşet, Makale, Manşet » Çocuk ve Gençlik Edebiyatında Metin Çözümlemeleri / Tabes NECEFOVA
Çocuk ve Gençlik Edebiyatında Metin Çözümlemeleri / Tabes NECEFOVA


Bu makale, 24-25 EKİM 2014 tarihlerinde Çocuk ve Gençlik Edebiyatı Yazarları Birliği tarafından düzenlenen I. Uluslararası Çocuk ve Gençlik Edebiyatı Sempozyumu’nda bildiri olarak sunulmuştur.

Tabes NECEFOVA
Yazar, Öğretmen
Azerbaycan

Biz Azeriler düz 70 il Sovyet imperiyası esaretinde yaşamışıq. Edebiyatımız da, düşüncemiz de daim zindanlarda ezilib, lakin heç vaxt Turançılıq, Türkçülük, azadlıq düyğularımız Rus imperiyasının zülmüne baş eymeyib.
70 il imperiya boyunduruğu altında yaşmaq, şübhesiz ki, edebiyyatımıza, içtimai fikir tariximize böyük zərbeler vurub.
Şükürler olsun ki, 20 yıldan çoxdur ki, bizim ölkemiz müstəqildir, çox şükürler olsun ki, 70 il hasreti ile yaşadığımız türk qardaşlarımızla bir yerdeyik.
Əziz arkadaşlar, sovetler döneminde cocuqlarımız İslamdan, Türkçülükden zorla ayrılaraq Sovet cocuğu kimi terbiye olunurdu. İndi bizim müstəqil dövletimiz kimi, müsteqil edebiyyatımız da var. Azerbaycanda cocuq ve genclik edebiyyatı müsteqillik dövründe xeyli inkişaf ederek, dünya dişina çıxaraq modernizm ve mostmodernizm yollarında qelemini çox ustalıqla çalıyor.
Əziz arkadaşlarım, cocuq ədəbiiyatı ən həssas bir sahədir, o özünə xüsusi qayğı tələb edir. Bəşəriyyətin gələcəyi uşaq ədəbiyyatından daha çox asılıdır. Bu günün cocuqları necə tərbiyə alsalar, o cür də yollarına davam edəcəklər. Uşaq ədəbiyyatı mütəxəsisslərinin, yazıçılarının, öyrətmənlərinin bu sahədə məsuliyyəti daha çox böyükdür. Öyrətmən kimi mən bunu daha cox duyuram. Mən hər bu cocuğu kitab kimi oxuyuram. Onların ürəklərindən keçən düyğulrı hiss edirəm. Ümumi türk uşaq ədəbiyyatı bizim ən yaralı yerimizdir. Bütün türk xalqlarının cocuqları vahid bir anlamda, düşüncədə bir –birini anlayacaq bir şəkildə ortam bir türkiyə türkcəsində ədəbiyyat oxumalıdırlar. Biz böyüklər cocuqlarımızı gələcəkdə bir-biri ilə anlayışa, dərketməyə, vahid bir türk etnosu meyarında birləşməyə çağırmalıyıq və bunu günümüzün ən vacib məsələsi kimi qəbul etməliyik. Bu günün türk cocuqları sabahin prezidenti, naziri və başqanı olacaqlar. Onlar alim, şair, doktor, öyrətmən, əsgər, general kimi ürk xalqlarının hərtərəfli inlişafına kömək edəcəklər. Və bu gün bu cocuqların gələcək həyatı onların hansı kitabları oxumaqlarındən və hansı mənəvi dəyərlərə yiyələnmələrindən asılıdır. Onlar ortaq dil məxrəcinə, türk millətlərinin mənafeyinə, milli –mənəvi əxlaqi dəyərlərə, islama bağlılıq ideyası ətrafında sıx birləşməli və dövlətçilik, vətənçilik anlayışlarını dərk edərək dünya cocuqlarına məhəbbət və sevgi ilə baxmaq düyğularını içməlidilər. Azəri cocuğu bilməlidir ki, özbək, qazax, türkmən, qırğız, başqırd, türkiyə, kosova, qaqauz, krım cocuqları onun qanı bir, dili bir qan qardaşlarıdır. Eyni zamanda bütün Türk cocuqları bir –birlərini öylə belə anlamılıdırlar və kardeşim deyə onun boynuna sarılmalıdırlar.
Türk cocuq ədəbiyyatında mətnin gözəlliyi və orjinallığı mühüm yer tutar. Mətn tutarlı və dəyərli olarsa, cocuqlarımız dünyanı daha aydın bir bəsirət gözləri ilə duymuş olacaqlar. Cocuq ədəbiyyatımızda mətnin yetərliyi və dünyəviliyi böyük ədəbiyyatının inkişafına da təsirsiz qalmayacaq.
Uşaq ədəbi mətnin əsas ideyası cocuqların əlindən silahları almaqdır, onların əlinə öz sevimli oyuncaqlarını verməkdir. Bu gün İraqda türk cocuqları amansız silahları oyuncaq bilirlər və bu gözəl dünyanı anlamamış, dadmamış, of annem deyərək gözlərini qapayırlar.
Mətin təkcə sözlər demək deyil, dəyərli, arkadaşlar. Bugün dükanlarımızda satılan uşaq oyuncaq silahları da mətindir. O oyuncaqlar həmişə cocuqlarımızı başqa bir səmtə dartar. İnsan öldürməyə, ev uçurmağa, pəncərə şüşəsi sındırmağa çağırar.
Davalı kinolar, ölüm saçan disklər cocuklar üçün yararlı mətnlər deyil. Öyrətmən kimi deyə bilərəm ki, bunlar cocuqlarımızı yolundan sapdırır. Onları qəddar bir durumda tərbiyə edir.
Okul dərsliklərimizdə, xüsusən 1, 2, 3, 4-cü siniflərdə Türk xalqlarıı cocuq ədəbiyyatından daha çox nümunələr: şiirlər, hikayələr salınarsa, çox məmnunluq duyardım. Azərbaycan okul dərsliklərində belə nümunələr var, ancaq daha fazlasını və başqa türk xalqlarının cocuq okul dərsliklərində belə şiir və hikayələrin olmasını arzu edərdim. Mən sinifdən kənar okul dərslərindən dəyərli türk şairimiz Əli Akbaş’ın və başqa Türk yazarlarının şiir və hikayelerinden nümunələr oxuyuram.
Cocuq ədəbiyyatın ən dəyərli mətinlərindən biri də cocuk cizgi filimləridir. Türk televiziyonların yayımladığı cocuq cizgi filmləri dünya cocuq cizgi filmlərinə örnək ola bilər. Bu cizgi filmlər çox maraq doğurduğuna görə Azərbaycanda cocuqların çoxu Türkyə Türkcəsi ilə konuşmaqdadır. Nəvəlerim də Türkcə konuşurlar və bu, çox önəmli bir iş. Amma ayrı bir aci da içimizi göynətməkdədir. Bütün Türk xalqlarının televiziyonları orta Türkçədə cizgi filimləri yayinlsalar, yayın evlərində cocuklar üçün şiir ve hikaye kitabları bassalar bütün Türk cocukları üçün önəmli bir iş yapmış olacaqlar.
Bu gün çocuk şiirleri forma etibarı ilə çox yanlışıqlarla doludur.
Babaların öz cocuklarına yazdığı əsla şeir uşaq şeiri deyildir. Çoxları elə bilir ki, uşaqlara yazılan bütün şiirlər uşaq şeirləridir. Bunlar uşaqlar haqqında şeirlərdir. Uşaq şeirinin içi olmalıdır. Orada uşağın xarekteri olmalıdır. Çox vaxt biz uşaqları görə bilmirik. Fiziki mənada görürük; 3 yaşı tamam oldu, yaxud 7 yaşı var, okula gedir və s. Bu uşağın fiziki göstəricisidir. Uşağın daxili aləmi tamam başqadır. Və biz nə vaxt uşağı “görə” biliriksə, uşaq ədəbiyyatı o zaman yaranır.
Bəzən cocuk ədəbiyyatımızda uşaqdan geniş bəhs etsək də uşağın özü olmur.
Uşağı görmək üçün gərək uşağın özü ola. Yəni əyani material. Amma biz uşağı uşaq olmağa qoymuruq. Vaxtından əvvəl “böyüdürük”. Uşağı böyüklər kimi danışdırmağa çalışırıq. Uşaq şiirində biz elə bilirik ki, uşaq ancaq qəhrəman olmalıdır. Amma uşaq həm də çaşmalıdır, ayağı ilişməlidir, “2” qiymət də ala bilər. Yeməyini dağıtmalıdır. Süd içəndə ağzının böyür-başı bulaşmalıdır.Uşaqdır axı… Beləcə biz uşaq ədəbiyyatı yarada bilərik. Fikir versəniz görərsiniz ki, Azərbaycan ədəbiyyatında bütün uşaq obrazları hamısı bir-birinə oxşayır. Sanki bu şerlər şairlərə tapşırıq kimi verilib. Bu, sosialist realizmi metodundan gəlmədir, sobet imperiyasında qalma mirasdır.Vətənpərvər, döyüşkən, pafoslu uşaq obrazları yaratmaq yarışması bizi çox yanlışlığa aparır. Təbii uşaq obrazları yaratmalıyıq. Bizdə hələ də elə bilirlər ki, qarışqa, dovşan, ayı, oyuncaqlara yazılan şeirlər uşaq ədəbiyyatıdır.
Bir dəfə balaca oğlum, 6 yaşında olanda mənə demişdi ki, annem, mənə türmə dəftəri al. Bu, mənim üçün uşağın özü idi.Əgər o, riyaziyyat dəftəri desəydi , uşaq dili olmazdı. Məndən soruşurdu ki, annem, nənə sənin nəyindi? Deyirdim, anam. Deyirdi yalan deyirsən, böyüklərin anası olmur. Uşaq təfəkkürü vasitəsilə hamımızın bildiyi həqiqəti deyir; uşaqlar həddi-büluğa çatanda valideyn himayəsindən ayrılırlar. Dəfn mərasimdə soruşurdu ki, adamları kim döyüb, niyə ağlayırlar? Dənizdə çiməndə deyirdi, dəniz ağzıma girdi, su ayağımı dişlədi…
Məncə, bu fikirlər ən gözəl uşaq mətnləri ola bilər.
Bu gün hamı üstünlüyü kompyuterə verir. Demirəm, pisdir, əksinə, çox yaxşıdır.Amma fikir verin. Çox qəribədir ki, bütün kompyuter mağazalarında kompyuterin üstünlüyü nə qədər çox oyun götürməyi ilə ölçülür.Uşaqlar kompyuterlə ancaq oyun oynayır. Oyunlar da hamısı silahlıdır. Adamları necə oğurlayırlar, necə qaçırırlar. Basqınlar necə olur və s. Axı bunlar uşaqların gələcək həyatına mənfi təsir göstərəcək. Fəsadlar törədəcək. Arzu edirəm ki, elə kompyuter proqramları olsun ki, ora müəyyən cizgi filimləri, uşaq ədəbiyyatının nümunələri yüklənsin. Müəyyən quruluş verilsin, yaxud oyun formasında olsun. Uşaqlar özündən aslı olmayaraq onu öyrənsin. Biz bunu uşaqlara hansısa formada təqdim etməliyik. Telekanallarda uşaq verilişləri çox azdı, yetərincə deyil.
Cocuq ədəbiyyatında ədəbi mətn birinci yerdə dayanmalıdır . Çünki cocuk şiirində əsas mətndir. Azərbaycanın çağdaş və gənc şairi Səlim Basbullaoğlunun cocuklar haqqında şeirini diqqətiniz çatdırmaqla məmnunluq duyuram.
-Ata, onlar neyləyirlər?
-Daş yığırlar.
-Neyləyəcəklər?
-Adamlara atacaqlar.
-Niyə?..
Bu şiir mətni uşaq heyrətinin məhsuludur. Dünya cocuk ədəbiiyatı üçün bədii dəyərdir. Uşaq bilmir ki, böyüklər daşı nəyə görə yığırlar, anlayanda ki, bir birinə atacaqlar, yenə sual verir, niyə?
Başqa bir Azərbaycan şairindən bir yarpaq şiir.
-Ağac olmasa görən,
Quşlar hara yığılar?
Əmi, kəsmə ağacı,
Axı quşlar yıxılar…
Bu çocuk şiir mətni də içtimai, sosual məzmun daşıyır. Budur mətnin çağdaş dəyəri. Uçaq elə bilir ki, ağac kəsilən kimi, bütün quşlar yıxlacaqlar. Dünyanı qorumaq, təbiəti qorumaq düşüncəsi çağdaş bədii dəyər kimi həmişə diqqət çəkir.
Cocuk ədəbiyyatının başlıca vəzifəsi uşaqlara vətəni, təbiəti və dünyanı sevdirməkdir. Amma elə etmək lazımdır ki, sonra uşaq təfəkküründən aldığın məhsul özün verdiyin məhsula oxşamasın. Yəni onunla eyni olmasın. Obrazlı desək, buğdanı dəyirmana tökəndə ondan yenə buğda deyil, un alınmalıdır. Allah uşağı necə yaradıbsa, o uşağın iç dünyasını, dünyagörüşünü, daxili, mənəvi, əxlaqi keyfiyyətlərini, hətta qorxaqlığını, yalançılığını ədəbiyyata gətirmək lazımdır. Yalançı, pafoslu həqiqətlərdənsə uşağın təmiz, orijinal yalanı, qorxaqlığı daha təbiidir.
Dəyərli arkadaşlarım, bizim ədəbiyyatımızda hələ də baş qəhrəman dovşandır, uşaq və buzdur, hələ də heyvan obrazlarıdır. Axı biz nə qədər dovşanla, tülküylə oynamalıyıq? Uşaq nitqinin, təfəkkürünün formalaşması üçün bunlar da lazımdır. Ancaq unutmaq lazım deyil ki, biz çox sürətlə inkişaf edən texniki tərəqqi əsrində yaşayırıq. İnsan təfəkkürü müasirliklə də əlaqələndirilməlidir. Bizim uşaq ədəbiyyatının yaradıcıları isə bu labirintdən heç cür cıxa bilmirlər. Yeni təqdim edilən saysız-hesabsız uşaq kitablarında yenə də həmin mövzulardır, həmin qəhrəmanlardır.
Mənə elə gəlir ki, uşağı sərbəst buraxmaq lazımdır, amma eyni zamanda gizli surətdə izləmək vacibdir. Uşağı ciddi nəzarətdə saxlayanda uşaq uşaqlığını itirir və vaxtından əvvəl böyüyür. Yazıçı yazmazdan əvvəl düşünməməlidir ki, bax, bu əsəri bunu filan yerdə çap edəcəm, filan yerdə tamaşaya qoyacam, nəticədə sosrealizm nəzarətində olan bir yazı doğulur ki, bu da artıq ədəbiyyat deyil. Ədəbiyyat buxovlardan, özümüzdən, içimizdən azad olmalıdır. Uşaqları xilas etmək lazımdır, onların içini, təfəkkürünü, dünyagörüşünü xilas etməliyik. Uşaq səhvilə, qızarmağı ilə gözəldir. Çaşmayan, bülbül kimi cəh-cəh vuran uşaq sünidir, inandırıcı deyil.
Dəyərli arkadaşlarım, Mən çox ümidliyəm ki, son 20 ildə Azərbaycan Cocuq ədəbiyyatı dünya cocuq ədəbiyyat ilə ayaqlaşır və onun tərkib hissəsinə çevrilməkdədir. Azərbaycan ədəbiyyatında maraqlı şiir və hikayələr yazan İlyasTapdıq, Zahid Xəlil, Fikrət Sadıq, Rafiq Yusifoğlu, Aləmzər Əlizadə, Qərib Mehdi, Bahadur Fərman, İnqilab İsaq, Mikayıl Yanar, Qəşəm İsabəyli, Oqtay Rza, Güləmail Murad, Sevinc Nuruqızı, Gülzar Nənə, Aygün Bünyadzadə və başqaları Azərbaycan uşaq ədəbiyyatını ləyqətlə təmsil edirlər.
Gənc şairlərdən Aqşin, Qismət, Aqşin Evren, Elvin Bakiroğlu, Kəramət Böyükçöl, Şəfa Vəliyeva, Nuranə Nur, Günel Şamilqızı, Əntiqə Səməndər, Elşad Şamil, İbrahimxəlil, Furqon Sadıq bu gün Azərbaycan ədəbiyyatında modern şeirinin nümayəndələri kimi tanınırlar.
Dəyərli arkadaşlarım, bu gün istər Azərbaycan cocuk ədəbiyyatı, istərsə də gənclik ədəbiyyatı dünya dışında yetərincə tanınır. Bu ədəbiyyatın əsas əsas ideyası tankların lüləsindən cocuk yellənçəyi asmaqdır. Topların lüləsində quşların yuva qurmasına şərait yaratmaq və dünyanın harasında cocuk ağlayırsa, onun göz yaşlarını silməkdir. Bizim ədəbiyyatımız istəyir ki, güllər açılsın, güllələr açılmasın. Bizim şiirimiz deyir ki, buludlar ağlasın, anneler ağlamasın.

📆 20 Haziran 2015 Cumartesi 10:46   ·   💬 0 yorum   ·