Bir oğul istərəm, dağlardan uca,
Ağıl dəryasında dünyadan qoca.
Bir oğul istərəm, qəlbi nur ola,
O saf çöhresində əzəmət ola.
Bir oğul istərəm dərdimi bölsün,
Qanayan qəlbimi ruhuyla sarsın.
Bir oğul istərəm, haramdan dönsün,
Axirətdə daim mənimlə qalsın.
Bir oğul istərəm Hüseynə aşiq,
Ebəlfəz qeyrətli, nər şücaətli.
Bir oğul istərəm Rəsula aşiq,
Eyyub tək səbirli, Yusif iffətli.