MENÜ ☰
Çocuk ve Genç » Alt Manşet, Çocuk Edebiyatı » Azerbaycan’da Çağdaş Masallar Yarışması
Azerbaycan’da Çağdaş Masallar Yarışması

n
“QAFQAZ Nəşriyyat evi” və Azərbaycan Yazıçılar Birliyi
“MÜASİR NAĞILLAR” ədəbi müsabiqəsinə start verir.
Müsabiqə iştirakçılarına yaş və mövzu məhdudiyyəti qoyulmur. Müəlliflər yalnız bu vaxta qədər heç yerdə çap olunmayan əsərlərini müsabiqəyə göndərə bilərlər.
Müsabiqəyə göndərilən əsərlər azyaşlı oxucuların maraq dairələrini, onların müasir dünyagörüşlərini, sevdikləri müasir milli obrazları əhatə etməlidir.
Müasir nağıllar həcm etibarilə 20 min işarədən çox olmamaq şərti ilə ushaqedebiyyati@mail.ru elktron ünvanına göndərilməlidir.
Müsabiqəyə göndərilən əsərlər münsiflər heyəti və nəşriyyatın ekspertləri olmaqla beş nəfərlik gizli heyət tərəfindən anonim şəkildə dəyərləndirilir.
Müsabiqəyə göndərilən əsərlər dekabr ayının 10-dan mart ayının 10-na qədər qəbul edilir.
Müsabiqənin qalibləri 2015-ci il Novruz bayramı ərəfəsində elan ediləcək.
Mükafat fondu:
Birinci yer : Beş yüz manat
İkinci yer: Üç yüz manat
Üçüncü yer: İki yüz manat
Beş müəllifə hər biri 100 manat olmaqla həvəsləndirici mükafat təqdim ediləcək.
Bundan əlavə diplomlar və xatirə hədiyyələri.
Müsabiqədə yer tutan əsərlər kitab şəklində çap olunacaq.
Elektron ünvanımız: ushaqedebiyyati@mail.ru
Əlaqə telefonları: 012 561 51 32
055 944 41 55
050 558 01 36
Kordinator : Fatimə xanım
“QAFQAZ Nəşriyyat evi”
HƏR KƏSƏ UĞURLAR ARZULAYIR!

📆 06 Ocak 2015 Salı 19:38   ·   💬 0 yorum   ·  
Folklor Akademi Dergisi

YAZARLAR

SÖYLEŞİ

ANKET

Sitemizi nasıl buldunuz?

Sonuçları görüntüle

Yükleniyor ... Yükleniyor ...

BAĞLANTILAR