XX. Asır Azerbaycan Edebiyatında Nağıl Mevzusu
Ruhengiz Aliyeva

Halkın milli-mənəvi varlığının enerji qaynaqlarından olan nağıl bütün funksional dinamikası ilə yazılı düşüncəni qidalandırmış, ənənə ilə əlaqənin təminatçısına çevrilmişdir. XX. Asır Azerbaycan bədii düşüncəsi üçün xarakterik xüsusiyyətlərdən birisi nağıl formullarından bəhrələnməklə mühiti, cəmiyyəti ifadədir. Milli-mənəvi yaddaşın qorunuşu, möhkəmləndirilməsi və müxtəlif formalarda gələcəyə daşınışı bədii düşüncəni bütün Asır boyu məşğul edən əsas məsələlərdən olmuşdur.

Məlum olduğu kimi, klassiklərimizin nağılların süjet, motiv, ideyalarından kifayət qədər ustalıqla bəhrələnməsi olmuşdur. N.Gəncəvinin, Qul Əlinin, Ə.Təbrizinin, N.Tusinin, Ş.Q.Ənvarın, A.Ərdəbilinin, Fədainin və başqalarının yaradıcılığı buna nümunədir. Onlar nağıl motivlərindən, xalq yaradıcılığının müxtəlif üslub və forma çalarlarından istifadə etməklə əsərlərinə ölümsüzlük qazandırmışlar. Əlbəttə bunların hamısına həmin sənətkarların yaşadığı dövr kontekstində yanaşdıqda daha maraqlı məqamlar ortaya çıxır və sənətkarın bundan məqsədli şəkildə istifadə etməsi tam aydınlığı ılə ortada görünür. XX. Asır Azerbaycan edebiyatında nağıl motivlərinə müraciət isə daha çox real mühitin yaratdığı zərurət kimi nəzərə çarpır. Yəni əgər bir qədər əvvəldə, XIX Asırin sonu XX. Asırin əvvəllərində bu romantiklərin yaradıcılığında daha çox maarifləndirmə məqsədinə xidmət edirdisə, Asırin ortalarında fikrin ifadəsi üçün bir vasitə funksiyası daşıyır. Ona görə də bunların problem kimi müxtəlif müstəvilərdə araşdırılması özü aktual hadisədir. Məhz bu dövrdə realist maarifçi ziyalıların, romantik ədəbiyyat nümayəndələrinin nağıl mövzusuna əsərlərində yer verməsi təsadüfi deyildi. Əslində bu bir məqsəd, xalqı, insanları sadə, aydın xalq təfəkküründə yetişdirmək, maarifləndirmək istəyindən irəli gəlirdi. Çünki “xəlqilik böyük sənətin ən böyük meyarıdır.” (5, 142). Məhz bu məqsədlə də keçən Asırin ilk onilliklərində sənətkarların, xüsusilə realist-maarifşi ədəbiyyat nümayəndələrinin folklor janrlarına, bu formada yazılan bədii nümunələrə üstünlük verməsi məhz reallıqdan, mühitin ehtiyacından irəli gəlirdi. “XX. Asırin əvvəllərində tarixi-ictimai hadisələrlə əlaqədar xalq edebiyatından istifadə də qüvvətlənir. Şifahi ədəbiyyatdan xalqı oyatmaq, tərbiyələndirmək vasitələrindən biri kimi istifadə edilir. C.Məmmədquluzadə, Ə.Haqverdiyev, A.Səhhət, M.Ə.Sabir, N.Nərimanov, H.Cavid, Y.V.Çəmənzəminli, Ü.Hacıbəyov və başqa sənətkarlarımız çox tez-tez xalq yaradıcılığına müraciət edirlər” (9, 474). Əlbəttə bunlar təkcə bədiiliyə, yaradıcının hiss və düşüncələrini ifadəyə xidmət etmirdi, burada həm də mühitdən, mühitin özünün doğurduğu problemlərdən gələn ədəbi – tarixi zərurət də vardır. Məsələn, A.Şaiqin “Tıqtıq xanım”, “Yaxşı arxa”, “Tülkü həccə gedir” “Tapdıq dədə” (17), Y.V.Çəmənzəminlinin “Qızlar bulağı”, “Qayınananın oyunları”, “Fokusnik”dən”, “Xanın qəzəbi” (5), A.Səhhətin “Dərya kənarı”, “Fəryadi intibah, yaxud amali vətənpərvəranə”, “Qarı və qulluqçuları”, “Ayı və arılar”, “Qarışqa və milçək”, “Tülkü və Qurd”, “Ulaq və Aslan” (14), M.Müşfiqin “Kəndli və ilan”, “Şəngül, Şüngül, Məngül” (12), S.S.Axundovun “Kövkəbi-hüriyyət”, “Tutu quşu”, “Qan bulağı”, “Cəhalət qurbanı”, “Molla Qasım”, “Qorxulu nağıllar”(1) xalq nağılları əsasında yaradılmışdır. Asırin əvvəllərində realistlər bunu maariflənməyin, insanları mühiti dərk etməyin vasitələrindən biri kimi ğörürdülər. B.Çobanzadə “Türk edebiyatında təqlid və yaradıcılıq”, “Edebiyatımızda yeni qeydlər”, “Sümrüğün hekayələri” məqalələrində məhz ənənəyə söykənməni bir istiqamət kimi vurğrlayır və xüsusi olaraq göstərir ki, edebiyatın yolu təqliddən deyil, milli ənənəyə söykənmədən keçir (6). Məhz iyirminci Asır Azerbaycan edebiyatı bütün yaradıcılıq axtarışlarına baxmayaraq, son olaraq ənənəyə bağlanır.

Sovetlər dönəmində nağıl mövzusuna müraciətlər özünün müxtəliflikləri, hadisələri təqdim və qiymətləndirmə mahiyyəti ilə seçilir. Asırin əvvəllərindəki nağıl motivlərinə müraciətdə cəmiyyətin mədəni səviyyəsinin yüksəldilməsi, çatış¬mamazlıqların bir qüsur kimi ifadəsi özünü göstərirdisə və yanaşmalarda daha çox ma¬arifçi realistlərin baxışlarına üstünlük verilirdisə, lakin sovetlər dönəmində ictimai-siyasi mühitin müəyyənləşdirdiyi prinsiplərə əsaslanma aparıcılıq təşkil edirdi. Burada nağıl konstruksiyasına müraciət, onun prinsip və üslublarına əməl etmə, məsələnin hansı prinsiplər əsasında qoyuluşu bir istiqamət kimi önəm təşkil edirdi. S.Rəhimovun “Şir və tülkü”, “Gülən balıq”, “Ovqan və ilan”, “Güzgü göl əfsa¬nəsi”,“Arpaçay əfsanəsi”, O.Sarıvəllinin “Qocanın nağıl¬ları”, M.H.Təhmasibin “Çiçəkli dağ”, İ.Əfəndiyevin “Qəhrəman ilə bülbülün nağılı”, “Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı” və s. hekayə və povestləri, “Geriyə baxma, qoca”sında “Məhnət qocanın nağılları” , Ə.Cəfərzadənin “Çörək”, “Yumurta əhvalatı”, “Tülkü və canavar”, “Qarı və pişik”, X.Hasilovanın “Qoşa söyüd”, Z.Xəlilin “Güzgü”, Səməd Behrənginin “Balaca qara balıq”, “Qar dənəsinin sərgüzəşti”, Ə.Ağayevin “Bülbül və Leylək”, Hacı Ağayevin “Tutuquşu”, “Hind nağılı”, İ.Tapdığın “Dörd yoldaş”, V.Nəsirin “Yarımçıq nağıl”, “Ana ürəyi”, Elçinin “Balaca qırmızı çiçək”, “Küləyin, çinarın və qaranquş balasının hekayəsi”, “Bülbülün nağılı”, Ələviyyə Babayevanın “Ovçu babanın söhbəti”, Əli Səmədlinin “Bir parça torpaq” və onlarla başqa sənətkarların yaradıcılığında bu bir məqsəd kimi görünür.

Azerbaycan edebiyatının inkişafında keçən Asırin altımışıncı illəri mündəricə, hadisələrə yanaşma, ifadə və münasibət, təhkiyə özünəməxsusluqları ilə seçilən bir mərhələdir. Əlbəttə sovetlər dönəminə nəzər yetirdikdə edebiyatın inkişafında kifayət qədər zənginlik və müxtəlifliklər nəzərə çarpır. 20-30 – cu illər edebiyatın mənzərəsi ilə 40-50-ci illər, eləcə də 60-80-ci illər ab-havası, mühitin düşüncə fərqliliklərində hadisələrə münasibət və fərqləndirmə baxımından xeyli rəngarənglik nəzərə çarpır. İ.Hüseynovun, İ.Şıxlının, Y.Səmədoğlunun, İ.Məlikzadənin, V.Nəsibin, Anarın, Elçinin, M.Süleymanlının, A.Sadiqin və başqalarının əsərlərində bir istiqamət kimi bunlar bu və ya digər dərəcədə özünə yer tapmağa başladı. Mətn informasiyası gərəkli hadisə kimi alt qatı zərurətə çevirdi. Nağıl təhkiyəsi və nağıl forması bir vasitə kimi yazıçıların yazı manerasına daxil oldu. Burada imperiyanın siyasi müstəvidə xalqlara qarşı yeritdiyi məkrli siyasətin bir növ təhlili aparılırdı. Hansısa əsərdə epizodik şəkildə, bəzən bir cümlə ilə, bəzən mətnaltı vasitələrlə, obrazların dili ilə və yaxud da hadisələrin təsvirini tarixin dərinliklərinə daşımaqla baş verirdi. İ.Hüseynovun “İdeal”, “Saz”, “Tütək səsi”, “Kolu Koxa”, İ.Şıxlının “Dəli Kür”, “Məni itirməyin”, “Ayrılan yollar”, Elçinin “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü”, “Bülbülün nağılı”, “Yusif Səmədoğlunun “Qətl günü”, M.Süleymanlının “Köç”, “Dəyirman”, A.Sadiqin “Başsız” və s. kimi əsərlərinin yaranmasına gətirib çıxardı. Beləliklə, edebiyatın mahiyyətində, bütünlükdə mühitə münasibətində bir mahiyyət dəyişiklikləri özünü göstərdi. Nağıl bir forma kimi ədəbi mühitin fikri ifadə marağında dayandı. Məsələn, O.Sarıvəllinin “Qocanın nağılları”, İ.Şıxlının “Həkimin nağılı”, Ş.Əfəndiyevin “Valehlə Sarəköynəyin nağılı”, “Qəhrəmann ilə bülbülün nağılı”, “Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı”, Elçinin “Bülbülün nağılı”, M.Süleymanlının “Armud ağacının nağılı” və s buna nümunədir. Əlbəttə bu tip əsərlərdə adından gıründüyü kimi, nağılçılıq, nağıl təhkiyəsi, obrazıarın və hadisələrin formaya hesablanması var.

Nağıl strukturundan bəhrələnmə keçən Asırin 60- 80-ci illərində, eləcə də sonrakı onilliklərdə bir rəngarəngliklə, mövzu, ideya mündəricəsinin müxtəliflikləri ilə görünür. Bunların hamısının mahiyyətində bir istiqamətdə dövrün, mühitin ictima-siyasi münasibətlərini əks etdirmək dayanırdısa, digər istiqamətdə uşaqların ruhuna, düşüncəsinə hesablanırdı. Onların isə mahiyyətində tərbiyə, dərketmə, mənəvi zənginləşmə, təfəkkürün inkişafı və s. kimi hadisələr dayanırdı. Məsələn, N.Süleymanov, T.Elçin, M.Günər, T.Mahmud, H.Ziya, Z.Xəlil, Ə.Ağayev, Y.Həsənbəy, H.Ağayev, İ.Tapdıq, Ə.Səmədli və s. kimi yazıçı və şairlərimiz var ki, nağıl motivlərindən bəhrələnməklə uşaqlar üçün bir-birindən maraqlı əsərlər yaratmışlar. Həmin nümunələrin mahiyyətində isə elə həqiqətlər gizlənir ki, onlar uşaqların dünyagörüşünə, həyat haqqında təsəvvürlərinin genişlənməsinə xidmət edir. Bəziləri uşaq təsəvvürlərinə, düşüncəsinə hesablanmasına baxmayaraq özündə kifayət qədər ciddi məsələləri ehtiva edir. Y.Səmədoğlunun “Xəzri”, “Yaddan çıxmış sözlər” hekayələri məhz nağıl təhkiyəsində edebiyatımızın keyfiyyət dəyişməsinə ən yaxşı nümunələrdəndir. “Yaddan çıxmış sözlər”də üç nəfər yoldaş yaddan çıxmış sözləri xatırlayırlar. “Birdən bu məzəli oyunu təklif edən cavan başını əlləri arasına aldı, gicgahlarını ovxaladı. Dostları onun çatılmış qaşlarını, doluxsunmuş gözlərini və kövrək bir ifadə almış sifətini gördülər… O dedi:

-İkicə söz deyəcəyəm qardaşlar. Yalnız biz yox, çoxları yaddan çıxarıb.

-Buyur.

-Türkmənçay… 1828- c- il.

…Üçü də cavan, üçü də subay, üçü də yaraşıqlı.

Boylu-buxunlu, sağlam, həyatlarından və güzaranlarından razı bu üç cavan o günü daha gülmədi” (15, 193). Yazıçınin çox ustalıqla, özünəməxsusluqla “yaddan çıxmış sözlər”i xatırlatması və bu sözlər sırasında Türkmənçayın da olması təsadüfi deyildi. Bu mətn özündə böyük bir tarixi faciəni özündə ehtiva edir. “Xəzri” hekayəsi isə məşhur Azerbaycan nağılı “Məlikməmməd”in motivləri əsasında işlənmişdir. Burada nağıllarımızdan gələn epizodlar, nağıl motivləri üzdə və kifayət qədər aydındır. Bu keçən Asırin birinci yarısından fərqli olaraq 60-80-ci illərdə ədəbiyyatda nağıl motivlərindən bəhrələnmənin keyfiyyət yeniləşməsi idi. Anarın “Ağ qoç, qara qoç”u da məhz bu istiqamətdə “Məlikməmməd” motivinə və strukturuna hesablanmışdır. Burada Azerbaycan, onun gələcəyi timsalında yazıçının qənaətləri ümumiləşdirilir. Bütün bunlar Azerbaycan edebiyatının XX. Asır boyu nağıl formullarına müraciətin mahiyyətini ifadə edir.

ƏDƏBİYYAT

1. Axundov S.S. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2005, 448 s.

2. Anar. Seçilmiş əsərləri. Bakı: Lider, 2004, 416 s.

3. Azerbaycan edebiyatı inciləri. Nağılları. Tərtib edəni N.Seyidov, Bakı: Yazıçı, 1985, 506 s.

4. Cəfər M. Sənət yollarında. Bakı: Gənclik, 1975, 365 s.

5. Çəmənzəminli Y.V. Əsərləri. 3 cilddə. I c., Bakı: Avrasiya Press, 2005, 360 s.

6. Çobanzadə B. Seçilmiş əsərləri. % cilddə, II c., 2007, 368 s.

7. Elçin. Seçilmiş əsərləri. I c., Bakı: Azərnəşr, 1987, 456 s.

8. Əfəndiyev. İ. Seçilmiş əsərləri. 3 cilddə, I c., Bakı: Avrasiya press, 2005, 280 s.

9. Əfəndiyev P.Ş. Azerbaycan şifahi xalq edebiyatı. Bakı: Maarif, 1992, 477 s.

10. Əhmədov B. XX. Asır Azerbaycan edebiyatı tarixi. Bakı: Elm və təhsil, 2011, 480 s.

11. Hacıbəyov Ü. Seçilmiş əsərləri. Bakı: Yazıçı, 1985, 653 s.

12. Müşfiq.M. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2004, 352 s.

13. Rəhimov S. Seçilmiş əsərləri. 2 cilddə, I c., Bakı: Şərq-Qərb, 2005, 288 s.

14. Səhhət A. Seçilmiş əsərləri. Bakı: Lider, 2005, 456 s.

15. Səmədoğlu Y. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2005, 320 s.

16. Süleymanlı M. Seçilmiş əsərləri. Bakı: Şərq- Qərb, 2006, 480 s.

17. Şaiq A. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2005, 496 s.

18. Şıxlı İ. Seçilmiş əsərləri. 2 cilddə, I c., Bakı: Şərq-Qərb, 2005, 408 s.

Açar sözlər: Azerbaycan edebiyatı, nağıl, nağıllardakı mövzu, nağıl-hekayə, nağıl oçerk, ənənə və müasirlik

XX. ASIR AZERBAYCAN EDEBİYATINDA NAĞIL

JANRININ YERİ

X Ü L A S Ə

XX. Asır Azerbaycan edebiyatında nağıl bir forma kimi işləkliyi, funksional səciyyəsi, mühiti, etnosu, etnosun tarixi yaddaşını ifadə imkanları ilə daha çox maraq doğurur. Bədii düşüncənin enerji qaynağı olaraq ayrı-ayrı sənətkarların (Y.V.Çəmənzəminlinin, S.S.Axundovun, A.Səhhətin, A.Şaiqin, M.Müşfiqin, O.Sarıvəllinin, S.Rəhimovun, İ.Hüseynovun, İ.Şıxlının, İ.Əfəndiyevin, Ə.Cəfərzadənin, N.Həsənzadənin, Y.Səmədoğlunun, Anarın, Elçinin, M.Süleymanlının və s.) yaradıcılığında mühüm hissəni təşkil edir. Formulların zənginliyi, spesifikası, mühiti və yazıçı məramını ifadə imkanları, janr texnologiyaları ilə seçilir.

Açar sözlər: Azerbaycan edebiyatı, nağıl, nağıllardakı mövzu, nağıl-hekayə, nağıl oçerk, ənənə və müasirlik

Key words: Azerbaijani Literature of XX. century, story, story-poem, tradition and contemporaneity.

Ключевые слова: Азербайджанская литература, сказки, темы в сказках, сказка-рассказ, сказка-очерк, традиции и современность.

Story-poems in Azerbaijani Literature of XX. century

Summary

Azerbaijani Literature of XX. century is reach and comprehensive with genre typology, many-colouredness. Following of artistic examples that arose in story-poem plane explains richness of the environment. Ethnicity, genetic memory, modern environment is embraced as a welding of idea-aesthetic thought. Activity of A. Shaig, M.Mushviq, M. Dilbazi, M. Rzaquluzadeh, Qabil, N. Gancali, S.Mammadzadeh, T. Elchin, I. Tapdig, M. Aliyev, T. Mahmud, M. Aslan, V. Nasir and others is example. It affirms the importance of usage of folklore as a purpose.

Значимость и место сказочного жанра

Азербайджанской литературы в XX. века

Резюме

Сказочный жанр литературы Азербайджана в XX. века имеет место в этносе, отображает историческую память народа, формируется как творческое мастерство в этносе.

Такие писатели как: Ю.В.Чемензаминли, С.С.Ахундов, А.А.Саххат, А.Шаиг, М.Мушвиг, О.Сарывелли, С.Рагимов, И.Гусейнов, И.Шыхлы, И.Эфендиев, А.Джафарзаде, И.Гасанзаде, Ю.Самедоглу, Анар, Ельчин, М.Сулейманлы отображали этнические черты, богатство языка, народные предания, выражали возможность художественного мастерства и многообразие передачи жанровой технологии.</p&gt

Yazarın tüm yazıları için tıklayınız:
Yorum yap

İleti:

YAZARLAR
admin

ANNEM / Coşkun ERTEPINAR
15 Temmuz 2018 Pazar
Hüseyin BOKAÎ

Yarışma
25 Mart 2015 Çarşamba
Selin UÇAR

AH BİZ / Selin Uçar
11 Temmuz 2018 Çarşamba
DUYURULAR
SÖYLEŞİ
ANKET

Sitemizi nasıl buldunuz?

Sonuçları görüntüle

Yükleniyor ... Yükleniyor ...
EN ÇOK OKUNANLAR
BU HAFTA
BU AY
BU YIL
Tüm zamanlar
Çocuk ve Genç ® Çocuk ve Genç Gazetesi
Anasayfa · RSS · Bize Ulaşın · Tübilmer

Copyright © 2014 - 2018 Tüm hakları saklıdır.